YouTube ulduzu intihar etdi, qatil oldu - VİDEO - FOTO
YouTube-da "McSkillet" kimi tanınan məşhur letspleyçi və geymer, 18 yaşlı Trevor Heytmann həlak olub. O, idarə etdiyi McLaren idman avtomobili ilə qəza törədib. Həmin qəzada 43 yaşlı Aylin Pisarronun və 12 yaşlı Ariya Pissaronun da ölümünə səbəb olub.
Milli.Az NBC-yə istinadən bildirir ki, 500 min dollarlıq McLaren avtomobili ilə ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərinin yaxınlığındakı I-805 HOV şossesində çox böyük sürətlə hərəkət edən Trevor Heytmann idarəetməni itirib, maşın qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn Hyundai krossoveri ilə toqquşub.
Hyundai-ın sükanı arxasındakı Aylin Pissaro və sərnişin yerində olan Ariya Pisarro qəzada həlak olublar.
Trevor Heytmann da həlak olub.
YouTube kanalının 900 mindən artıq daimi təqibçisi olan Trevor Heytmanın qəzanı bilərəkdən törətdiyi iddia olunur. O, onlayn oyunlarda inventar satışı yasağı ilə üzləşəndən sonra aylıq gəlirləri 100 min dollar azalmışdı.
Trevor Heytmann "Counter Strike: Global Offensive" oyunu sayəsində məşhurlaşmış, "OG McSkillet" kimi tanınmışdı.
Aylin Pissaronun 19 yaşlı Ancelo və 22 yaşlı Dominik adlı oğulları var.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: