Maraqlı

Yeni iPhone-ların qiyməti necə olacaq?

Metbuat.az

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni "iPhone" modelinin qiymətini proqnozlaşdırıblar. Məlumat "Trend Force" analitik şirkətinin saytında dərc edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ilkin hesablamalara görə, yeni "iPhone X" smartfonu əvvəlkindən ucuz olacaq: yeni aparatın qiyməti 899-949 dollar təşkil edəcək. Ən bahalı model analitiklər tərəfindən 999 dollar məbləğində qiymətləndirilən "iPhone X Plus" olacaq.
 
Həmçinin analitiklər hesab edirlər ki, "Apple" maye kristal ekrana malik modelin ucuz versiyasını (749 dollaradək) təqdim edəcək.
 
Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi "Apple" şirkətinin "iPhone" smartfonunun köməyi ilə kimliyin eyniləşdirilməsi texnologiyasına ərizəsini qeydə alıb.

Milli.Az