Qadın dünyası

Yay makiyajının son trendi - Ağ qələm - FOTO

Metbuat.az

Göz üçün ağ layner son vaxtlarda kifayət qədər böyük populyarlıq qazanan kosmetik məhsuldur. Əgər bu məhsul əvvəllər sadəcə podiumlarda və jurnal fotosessiyalarında istifadə olunurdusa, bu gün qızlar həm gündəlik həyatda, həm də gecə makiyajlarında gözlərini ağ qələm və ya laynerlə vurğulamağa üstünlük verir.

Publika.az xəbər verir ki, ağ karandaş göz makiyajında əlbəttə ki, birinci dərəcəli ehtiyac duyulan məhsulu deyil. Amma makiyajda standart yanaşmaları sevməyənlər üçün ideal vasitədir.

Ağ karandaş adətən vizual olaraq gözləri daha böyük göstərmək üçün içinə çəkilir, yaxud da daha çox korreksiyada istifadə olunur. İndi isə ağ qələmi göz qapaqlarına və alt pirkip diblərinə çəkmək dəbdədir. Onu tətbiq etmək üçün böyük təcrübəyə gərək yoxdur, bunun üçün sizə sadəcə karandaş lazım olacaq.

Əgər gözünüzə qeyri-adi oxlar çəkmək istəyirsinizsə və qüsursuz makiyaj etmək istedadınız yoxdursa, o zaman layneri bir kənarə qoyun. Belə sınaqları ağ karandaşla sınaqdan keçirib əlinizi öyrəşdirin. Siz həmçinin ağ laynerlə qələmi bəyaz və ya açıq boz göz kölgələri ilə əvəz edə bilərsiniz.

Vizajistlər tövsiyə edir ki, ağ karandaş və laynerdən istifadə zamanı yanaqları ənliklə çox vurğulamaq və daha nəzərəçarpan etmək olmaz. Çünki ağ rənglə vurğulanmış gözlər ilk baxışdan kifayət qədər diqqət cəlb edir.

Aytən