Maraqlı

Xiaomi yeni model üzərində işləyir

Metbuat.az

İyun ayında Mi Pad 4-ü satışa çıxaran Xiaomi hazırda yeni planşet modeli üzərində işləyir.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, şirkət Mi Pad 4 Plus adlandırdığı model ilə istifadəçilərinin qarşısına çıxacaq.

Belə ki, 4 GB RAM və 64/128 GB yaddaşa malik olacaq model Snapdragon 660 prosessoru ilə təchiz ediləcək. Əvvəlki modelden fərqli olaraq Mi Pad 4 Plus 10 düyümlük ekrana sahib olacaq.

Milli.Az