"Vaxtım yoxdur..." - Sevgilisi olan teleaparıcını oyuna görə atdı - VİDEO - FOTO
"Onun qayıtmasını, onunla münasibətlərimin bərpasını istəmirəm. Ayrıldığımıza görə də peşman deyiləm".
Milli.Az ABC-yə istinadən bildirir ki, sosial şəbəkələrdə "FaHe Censor" kimi tanınan məşhur kompüter oyunları oyunçusu Duqlas Martin "dünyanın ən gözəl hava proqnozu təqdimatçısı" sayılan teleaparıcı və model Yanet Qarsiya ilə münasibətləri kəsib.
23 yaşlı geymerin sözlərinə görə, "Call of Duty" üzrə dünya çempionatının finalına hazırlaşdığından "kiməsə izafi vaxt ayırmağa imkanı yoxdur".
27 yaşlı Yanet Qarsiya isə depressiyada olduğunu vurğulayıb.
"Dünya çempionatının finalı yaxınlaşır. Yanet ilə vidalaşdım. Bütün diqqəti çempionata hazırlığa yönəltmişəm", - Duqlas Martin 1,7 milyon daimi təqibçisinin olduğu Twitter mikrobloqunda yazıb.
D.Martin bu açıqlamanı 7,4 milyon təqibçiyə malik İnstagram profilində də təkrarlayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: