Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Yaponiyada uşaqlara ingilis dili tədrisinin asanlaşdırlması üçün maraqlı layihə hazırlanıb.
Publika.az xəbər verir ki, hakimiyyət məktəblərdə uşaqların ingilis dilinə yiyələnmək bacarıqlarının yaxşılaşdırılmasına kömək məqsədilə süni intellektə malik "ingilisdilli robotların" tətbiqini planlaşdırır. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi planlaşdırılan layihənin 2019-cu ilin aprel ayından etibarən təşəbbüsün effektivliyinin yoxlanılması üzrə eksperimental proqrama başlanılacağını bildirib.
Yaponiya mətbuatının yaydığı xəbərə görə, sözügedən layihə ilkin olaraq ölkə üzrə 500 məktəbdə sınaqdan keçiriləcək. Uğurlu nəticələr əldə olunduğu təqdirdə isə proqram iki il sonra genişmiqyaslı tətbiq ediləcək.
Proqrama ingilis dili daşıyıcıları ilə danışıqlar üzrə tədris
əlavələri və internet seansları da daxildir.
Yaponiya vətəndaşlarının ingilis dili biliklərinin
təkmilləşdirilməsi üzrə proqram 2020-ci ildə Tokioda keçiriləcək
XXXII Yay Olimpiya Oyunları zamanı gözlənilən turist axını
ərəfəsində həyata keçirilir.
Könül