Dünya
Türkiyədə polislər minaya düşdü - 1 ölü, 9 yaralı
Türkiyə bu gün şəhid verib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Hakkarinin Yüksekova mahalında PKK terrorçuları tərəfindən yerə döşənən minanın zirehli polis avtomobilinin keçdiyi anda partladılması nəticəsində 9 polis ağır yaralanıb. Onlar dərhal dövlət xəstəxanasına çatdırılıblar.
Bu gün xəstəxanada müalicə alan polislərdən biri, Emre Yılmaz dünyasını dəyişib.
Hadisə ötən gecə baş verib
Bəxtiyar Umarlı
Milli.Az