Maraqlı

Topmodel olacaqdı, həbsə girdi, saçlarını kəsdirdi - FOTO

Metbuat.az

Amerikali model Rene Olvey soyğun cinayətinə görə 5 ilini həbsdə keçirib.

Milli.Az "ölkə.az"-a istindən bildirir ki, Rene azadlığa çıxdıqdan sonra saçlarını kəsdirib. Onu tanımaq isə qeyri-mümkün olub.

32 yaşlı Rene Tira Benksin apardığı "Top Model" müsabiqəsində 2007-ci ildə qalib olmuşdu və dünya səviyyəsində şöhrət əldə etmişdi. Qısa müddət ərzində onun həyatı dəyişmişdi. Rene alışdığı lüks həyatdan qopmaq istəmədiyi üçün soyğunçuluğa əl atmışdı. 2013-cü ildə zinət əşyası oğurladı və 6 saat polislərlə qaçdı-tutdu oynadıqdan sonra həbs edildi.

Həbs edilən modelin narkotik maddə istifadəçisi və qeyri-qanuni silah gəzdirdiyi məlum olduğu üçün 12 il həbs cəzasına məhkum edildi. 5 il həbsdə yatdıqdan sonra ötən həftə şərti azadlığa buraxılıb.

"Yeni həyata başlamaq istəyirəm", - deyən model saçını kəsdirib.

Milli.Az