İqtisadiyyat

Ticarət əməliyyatlarının həcmi 16 milyard dollardan çox olub

Metbuat.az

Bu ilin yanvar-iyul ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 16 milyard 524 milyon 541 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yeddi ayda ticarət əməliyyatlarının ümumi həcminin 5 milyard 776 milyon 222 min dolları idxalın, 10 milyard 748 milyon 319 min dolları isə ixracın payına düşür. (azərtac)