Təhlükəli virusla portretlər çəkildi - VİDEO - FOTO
İtaliyanın bir qrup alimi "Escherichia coli" (Bağırsaq çöpü) virusunun bakteriyaları vasitəsilə Mona Lizanın, Albert Eynşteynin və Çarlz Darvinin portretlərini yaradıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bakteriyaların portretə çevrilməsi üçün alimlər onların sürətlərini xüsusi işıq proyektoru vasitəsilə azaldıblar.
"Onlar şəhər yollarındakı avtomobillər kimidir. Sürətin aşağı düşdüyü yerə yığılıblar", - alimlər deyiblər.
Alimlər bu eksperimenti sadəcə, əyləncə üçün gerçəkləşdirməyiblər. Onlar mikroorqanizmlərin işıqn siqnallarına verdiyi reaksiyanı araşdırıblar.
Bakteriyaların sürətləri ilə manipulyasiya etməklə onların yığılma sıxlığına nəzarət etmək mümkündür.
Eksperimentin sonucları mikroskopları təkmilləşdirməklə yanaşı, orqanizmdə xəstəlik və ya ağrı mənbələrinə daha dəqiq təsir edəcək dərmanlar hazırlamağa imkan verəcək.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: