Maraqlı
Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO
Keçmiş SSRİ lideri İosif Stalinin ölümündən sonra üzünün qəlibindən hazırlanan bürünc maskalardan biri İngiltərədə hərraca çıxarılıb.
Milli.Az yenicag.-a istinadən xəbər verir ki, "ölüm maskası" adı verilən maska və yanındakı iki əl fiquru gözləniləndən xeyli yüksək qiymətə - 17200 dollara satılıb.
Maskanı alan kolleksiyaçının hərraca xarici ölkədən telefon vasitəsilə qoşulduğu bildirilir.
Qeyd edək ki, Stalinin belə bir maskası 2012-ci ildə 4500 dollara satılmışdı.
Milli.Az