Ölkə
Salyanda 21 yaşlı gənc çayda boğuldu
Salyan rayon sakini çayda boğulub.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az