Ölkə
Sabirabad sakini bıçaqlandı
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır (Report).