Dünya

Rusiyada avtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var

Metbuat.az

Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Milli.Az bildirir ki, Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları yaxınlıqdakə xəstəxanalara çatdırıblar. Onlardan 8-i ağır və orta, 7-si isə yüngül xəsarətlər alıb.

Məlumata əsasən, avtobus Tbilisi-Krasnodar reysini həyata keçirirmiş.

Milli.Az