Maraqlı

Ronaldunun sevgilisi qırmızı xalçada - FOTO

Metbuat.az

İtaliyada Beynəlxalq Venesiya kinofestivalının açılış mərasimi olub. 

Milli.Az axşam.az-a  istinadən xəbər verir ki, gecədə Hollivudun sevilən və tanınan simaları iştirak ediblər. 

Məşhur futbolçu Ronaldunun 24 yaşlı sevgilisi Corcina Rodriges gecədə Hollivud ulduzu və model siması kimi qırmızı xalçaya çıxıb. O, mərasim üçün açıq-saçıq obraz seçib. Belə ki, Corcina ingilis mediasının yazdığı kimi "çılpaq" fotokameralar qarşısına keçib.

Ana olduqdan sonra qısa vaxt içində arıqlayan və ideal bədənə sahib olan model bədənini nümayiş etdirib. O, qara rəngli çimərlik geyimini xatırladan bikinili tulum geyinib.

Qeyd edək ki, Rodriges 2017-ci ildə Ronaldo üçün qız övladı dünyaya gətirib.

Milli.Az