Dünya

QORXULU PROQNOZ:

Metbuat.az

Zəlzələ proqnozları irəli sürməklə tanınan Frank Huqerbets iddiaları ilə yenə gündəmi zəbt edib.

Metbuat.az-ın məlumatına görə, o, 9-13 avqust tarixlərində zəlzələ ocaqlarının fəallaşacağını irəli sürüb.Onun proqnozları “Ditrianum” internet səhifəsində yayımlanıb. Həvəskar elm adamı Merkuri və yer planetlərində bəzi fəallıqların olduğuna diqqət çəkərək, bunun da 6-7 bal gücündə yeraltı təkanlara səbəb olacağını deyib.

O proqnozlarını Günəş sisteminin geometriya indeksi əsasında irəli sürür. Qeyd edək ki, alimlərin bildirdiyinə görə, yeraltı təkanların baş verəcəyini bir neçə gün əvvəlcədən düzgün proqnozlaşdırmaq mümkün deyil.

Sübhan / METBUAT.az