Maraqlı

Qadın niqab geyindiyinə görə 1500 manat cərimələndi - FOTO

Metbuat.az

Avqust ayının 1-də Danimarkada üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə minib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, qərarla bağlı olaraq ilk cərimə yazılıb.

Məlumata görə, Horşolm şəhərindəki alış-veriş mərkəzində iki qadın arasında dava düşüb. Onlar 3 min kron (təxminən 1170 manat) cərimələniblər. Lakin, qadınlardan biri niqablı olduğuna görə o, əlavə min kron (təxminən 390 manat) da ödəyib.

Qeyd edək ki, ötən gün yüzlərlə niqablı qadın Kopenhaqen və Orhus şəhərinin mərkəzi küçələrinə yığışaraq etiraz aksiyası keçiriblər.

Bəxtiyar Umarlı
Milli.Az