İqtisadiyyat

Niderland “Qazprom”un səhmlərinə həbs qoydu

Metbuat.az

Amsterdam məhkəməsi Rusiyanın "Qazprom" şirkətinə məxsus "Blue Stream Pipeline Company" birgə müəssisənin səhmlərinə həbs qoyub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Qazprom"un 2018-ci ilin ilk alt ayı əhatə edən hesabatında deyilir.

Qeyd olunur ki, müvafiq məhkəmə qərarı mayın 30-da qəbul olunub. Beləliklə, məhkəmə Ukraynanın "Naftoqaz" şirkətinin tələblərini yerinə yetirib.

"Naftoqaz" "Qazprom"dan 2,5 milyard dollar tələb edir.

Milli.Az