Maraqlı

Hamı bir-birinə qan verə biləcək

Metbuat.az

Britaniya Kolumbiyası Universitetinin araşdırmaçıları qlobal diametrdə qan ötürülməsinin qarşısında iştirak edən ən böyük maneəni ortadan qaldırmaq üçün bir üsul kəşf etdilər. Bu üsul sayəsində qan qrupları uyğunlaşma təmin etməyən insanlar bir-birlərinə qan verə biləcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təbii fəlakətlər, epidemiya xəstəliklər kimi faktorlarla kütləvi qan ehtiyacı olduğunda bəzi qan qrupuna sahib insanlar, qan tapa bilmədikləri üçün həyatlarını itirə bilirlər. Qan verilməsində və bağışlanan qan ilə edilən müalicələrdəki ən böyük maneə də uyğunlaşmanın olmamasıdır. İndi bir qrup elm insanı, bu uyğunlaşmazlığı keçmişdə qoyacaq bir iş reallaşdırdı.

Qan qrupları, bədənin çıxardığı qırmızı qan hüceyrələrinin səthlərindəki şəkərlərin quruluşuna görə fərqli olurlar.

Bir insan əgər fərqli növdə bir qan alsa, immunitet hüceyrələri tükəndikdən sonra öləcək. Çünki hüceyrələrdəki şəkər tipləri uyğun gəlmir.

Araşdırmaçı Stiven Uiters və qrupu, həzm sistemində iştirak edən bir fermentin, qan hüceyrələrindəki şəkərlərlə eyni quruluşa sahib şəkər ehtiva etdiklərini bilirdilər. Araşdırmaçılar, II və III qan qrupundakı şəkərləri ayıran bir fermenti təcrid olmuş şəkildə qorumağı bacardılar. Kəşf etdikləri üsul sayəsində II və ya III qan qruplarındakı şəkərləri, bu günə qədər təqdim edilən üsullardan ən az 30-qat daha məhsuldar formada ayırdılar.

Sonrakı mərhələdə, həmin fermentin kliniki mühitdə sınanması olacaq. Əsas hədəf, bağışlanan bütün qan qruplarındakı şəkərləri ortadan qaldıraraq onları hər kəsin qəbul edə biləcəyi I qrupuna çevirmək olacaq.

Milli.Az