Ölkə

Gəncədə gənc qadını maşın vuraraq öldürüb

Metbuat.az

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az