Maraqlı
Eyfel açılır - Bağlı idi ona görə ki...
Parisin məşhur Eyfel qülləsi əməkdaşların 1,5 gün davam etmiş tətilindən sonra bu gün turistlər üçün açılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iki gün əvvəl əməkdaşlar əmək şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdi.
Ötən gün razılığın əldə olunduğu məlumat verilir.
O da bildirilib ki, tətil müddətində bilet almış turistlər təzminat alacaq.
Milli.Az