Dünya

Ərdoğan “Rəcəb baba” çağıran qıza görə

Metbuat.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona “Rəcəb baba” deyə səslənən qızcığaza görə kortejini saxlatdırıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sudə adlı qız prezident kortejini görüncə Ərdoğanı çağırmağa başlayıb. Səsə biganə qalmayan prezident sürücüsünə avtomobilini saxlamaq göstərişi verib. İsveçrədən Türkiyəyə gedən ailə Ərdoğanın bu addımından sevinərək kortejə yaxınlaşıb.

Qızlara oyuncaq hədiyyə edən Ərdoğan onlarla xatirə fotosu çəkdirib.

Yaş salfetlə üzünü sildi, bu hala düşdü - VALİDEYNLƏR, DİQQƏT!