Texnologiya
Ən ucuz mobil rabitənin olduğu ölkələr - SİYAHI
Dünyada ən ucuz mobil rabitə Şri-Lankadadır.
Milli.Az "Report"a istinadən bildirir ki, bu ölkədə mobil telefonla danışanlar ayda orta hesabla 0,97 dollar xərc çəkirlər.
Aylıq mobil rabitə xərclərinin azlığına görə növbəti sıralarda Banqladeş (1,42 dollar) və İran (2,01 dollar) qərarlaşıb.
Siyahıda həmçinin Nepal, Pakistan, Hindistan, Butan, Monqolustan, Efiopiya və Sudan da var. Bu ölkələrdə mobil rabitə xərci ayda 2-3 dollar arasındadır.
Milli.Az