Maraqlı

Elitar məktəb əxlaqsızlıq məkanı imiş - FOTO

Metbuat.az

ABŞ-ın Nyu-Hempşir ştatındakı Konkord şəhərində fəaliyyət göstərən "Phillips Exeter Academy" ilə bağlı böyük qalmaqal yaşanır.

Milli.Az New York Daily News-a istinadən bildirir ki, məktəb müəllimləri və heyətindən 11 nəfər şagirdlərin əxlaqını pozmaqda, onlara təcavüz etməkdə suçlanırlar.

Şagirdlər məktəb rəhbərliyinə şikayət edəndə isə onların sözləri qulaqardına vurulub. "Lap əxlaqsız" müəllimlər dözülməz davranış nümayiş etdirəndə isə onlar öz ərizələri ilə işdən çıxarılıblar və heç bir cəza almayıblar.

Qalmaqal yaranandan sonra məktəbin direktoru Uilyam Rouson zorakılıq qurbanlarından üzr istəyib. Bundan başqa, o, açıq məktub yayaraq şikayət etməmiş, amma təcavüzə və əxlaqsız hərəkətlərə məruz qalmış şəxslərdən də üzr istəyib.

Milli.Az