Maraqlı

Dünyanın ilk ".com" ünvanı

Metbuat.az

15 mart 1985-ci ildə ilk dəfə olaraq ".com" domen adı ilə ilk internet ünvanı yaradılıb. Bu, "symbolics.com" ünvanıdır. Bu ünvan 2009-cu ildə "FX.com" İnvestisiya Şirkətinə satılıb.

"Symbolics" ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən kompyuter istehsalçı müəssisəsi olub. Kompaniya "Lips" proqramlaşdırma dilinə uyğun kompyuterlər istehsalı ilə məşğul olub.

"Symbols.com"la yanaşı, "bbn.com" və "think.com" da ən qədim "com" domenləri sayılır. Məlum olan ən qədim "com" domenləri:

1. Symbols.com
2. bbn.com
3. think.com
4. mcc.com
5. dec.com
6. northrop.com
7. xerox.com
8. sri.com
9. hp.com
10. bellcore.com

Milli.Az