Texnologiya
Dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir
ABŞ-ın "Microsoft" korporasiyası bəyan edib ki, hazırda dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir.
Milli.Az Report-a istinadən bildirir ki, bu barədə korporasiyanın hesabatında bildirilir.
Sənədə əsasən, şirkətlərin 46%-i sözügedən texnologiyaların tətbiqi ilə bağlı pilot layihələr hazırlayır.
Araşdırmalar onu da göstərir ki, süni intellekti lazımsız hesab edən şirkət rəhbərlərinin sayı da getdikcə azalır. Rəhbər şəxslərin 94%-i bu texnologiyaların biznes üçün faydalı və gələcəkdə yeni həllərin, savadlı kadrların şirkətdə saxlanması üçün əvəzolunmaz olduğunu düşünür.
Milli.Az