Maraqlı

Devid Bekhem məhkəməyə düşdü - FOTO

Metbuat.az

Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem məhkəməyə verilib.

O, 220 min dollarlıq Bentley avtomobilində sürət həddini aşmaqda suçlanır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 4 övlad atası, 43 yaşlı Devid Bekhem Londonun qərbində Paddinqton və Kensinqton səmtləri arasındakı A40 yolunda sürət həddini keçib. Yolun həmin hissəsində sürətin maksimal həddi 50 km/saat olduğu halda Bekhem avtomobilini 75 km/saat sürətlə sürüb.

Dəfələrlə xəbərdarlıq məktubları almasına rəğmən, Bekhem cəriməni ödəməyib.

Məhkəmə prosesi Londonun cənub-qərbindəki Lavender-Hill Magistrat Məhkəməsində olacaq.

Milli.AZ