DEG dinamik inkişaf edən “Bank Respublika”ya dəstək verdi.
Almaniyanın İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) "Bank Respublika"nın nizamnamə kapitalında olan payını 16,6% -ə çatdırdı. Bank səhmdar kapitalında yuxarıda qeyd edilən paya 6 milyon manat məbləğində səhmlərin planlı şəkildə yerləşdirilməsi sayəsində nail olmuşdur. Nəticədə Bankın nizamnamə kapitalı 73,5 milyon manatadək artb.
Nizamnamə kapitalının artrılması bankın maliyyə bazarındakı mövqeyinin güiləndirilməsinə yönəldilmiş
strategiya çərçivəsində həyata keçirilib. Bu isə Banka müştərilərin maliyyə ehtiyatlarını maksimum
dərəcədə qarşılamağa, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyini daha da
möhkəmləndirməyə şərait yaradacaq
"Kapitalın xarici səhmdar tərəfndən artrılması həm Banka, həm də ölkənin bütün maliyyə bazarına dəstək və etimadın göstəricisidir və bu, bizə inkişaf strategiyamızın uğurla həyata keçirilməsini davam etdirməyə imkan verəcək. Əlavə kapitallaşma "Bank Respublika"nın bazarda güclü iştirakını təsdiqləyərək, bank sektorunun liderləri sırasında mövqeyini etibarlı şəkildə möhkəmləndirir", - deyə Bankın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.