Maraqlı
"Çukur" serialı ilə bağlı qalmaqal - Adnan Oktarın verilişiylə eyni siyahıdadır
Türkiyənin Radio və Televiziya Şurası ( RTÜK ) bu ilin birinci yarısında edilən şikayətlərdən ibarət hesabat hazırlayıb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, daxil olan şikayətlərin sayına görə, Türkiyədə ən çox narazılıq edilən serial "Çukur"dur.
Belə ki, "Çukur"la bağlı 6 ay ərzində 11599, "Sen anlat Karadeniz"lə bağlı 7659, "Adnan Oktarla söhbətlər"lə bağlı isə 6486 şikayət daxil olub.
Fuad
Milli.Az