Maraqlı

Çinin yeni sirri: güclü raket hazırlanır - VİDEO - FOTO

Metbuat.az

Çində keçirilmiş hərbi sərgidə ölkənin hərbi-sənaye kompleksinin yeni nailiyyətləri nümayiş olunub.

Həmin eksponatlar arasında Çinin hazırladığı yeni ballistik raket də var.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Çinin rəsmi dövlət telekanalı CCTV7-də nümayiş olunan reportajda həmin raketin fotosu gizlədlilib.

Daha sonra isə yeni raketin atışları həyata keçirilib.

Çin istehsalı olan J-7 qırıcısından buraxılan raket hədəfi vurub.

"Dongfeng-15" (DF-15) adlı bu raket barədə rəsmi məlumat verilmir. Lakin ekspertlərin dediklərinə görə, elektromaqnit DF-15 raketi hazırda dünya ölkələrinin ordularında istifadə olunan ballistik raketlərlə müqayisədə daha sərrast, uzun uçuş məsafəli və daha böyük dağıdıcı qüvvəyə malikdir.

Çin yeni nəsil qırıcısı olan J-20-ləri bu raketlərlə təchiz etmək niyyətindədir.

"Stels" texnologiyası əsasında hazırlanmış J-20 qırıcısı ABŞ-ın "F-22 Raptor" qırıcısının rəqibi sayılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: