Maraqlı

Bu 5 həqiqəti tanımaq bizi səadətə çatdırar

Metbuat.az

Ayətullah Həmədani deyir: "Səadətə çatmaq üçün 5 həqiqəti tanımaq lazımdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu beş həqiqət isə beş elmdə gizlənmişdir:

1. Allahı tanımaq.

2. Özünü tanımaq.

3. Yaşadığın dünyanı tanımaq.

4. Getdiyin yolu tanımaq.

5. Səni bu yola yönləndirəni tanımaq.

Əgər bu beş elmə malik olsaq, insanlara xidmət edib, ibadət libasını geyinərik. Bu beş elmdən sonra halımız tamamilə dəyişər. Əməllərimiz dəyişər, gözlərimiz, qulaqlarımız və dillərimiz dəyişər. Sanki başqa bir bədənə daxil olarıq. Süfrəmiz dəyişər, rəfiqlərimiz dəyişər. Bu beş elm bizim üçün min yol açar. Bizi behiştə yaxınlaşdırar. O zaman ki, behiştə daxil olarıq,bizə deyərlər: "Bir əmriniz vardırmı? Nə isə çatışmırmı?".

Bəli, bu beş həqiqət insanı tamamilə dəyişdirməyə qadirdir. Bir şərtlə ki, əməldə həyata keçsin, sadəcə kağız üzərində qalmasın".

Milli.Az