Maraqlı
Britni Spirs sarayı dolaşdı - FOTO
Amerikalı müğənni Britni Spirs oğulları - 12 yaşlı Şon və 11 yaşlı Ceydenlə birlikdə dünən Londondakı Bukinhem Sarayını dolaşıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, 36 yaşlı Spirs adi turist kimi davranıb.
Müğənninin sevgilisi, 23 yaşlı Sem Astari ABŞ-da qalıb və Spirsi müşayiət edərək Londona yollanmayıb.
Britni Spirs Britaniyadakı cinsi azlıqların Braytonda bu gün keçirəcəkləri "Brighton Pride Festival"a qatılmaq üçün Londondadır.
Müğənni Demi Lovatoun narkotik maddədən zəhərlənməsindən sonra Spirs qrupuna konsertlər zamanı spirtli içkiləri də yasaqlayıb.
Milli.Az