Maraqlı

Böyük alimin bərzəx aləmindəki sarayı

Metbuat.az

Hədislərdə oxuyuruq ki, o zaman ki, mömin bərzəx aləminə düşər, əzəmət və nuruna görə behiştin qapılarından biri onun üzünə açılar.

Ustad Ənsarian buyurur: "Dostlarım üçün danışmışam ki, Həzrət Məsumə (s.ə) hərəminin baş tərəfində olan məsciddə böyük alim dəfn olunmuşdur ki, adı Əbdülkərim Hairi idi. Bu alimin əsərlərinin təsiri Qiyamətə qədər qalıcıdır. Qumda yandırdığı çıraq heç bir zaman sönmür. Qəbir daşının üzərində şeir yazılmışdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmin şeirdə deyilir:

"Allah yanında kərim.

Bəndə qonaq kimi peyda oldu.

Bəndə bir qonaq kimi kərimə daxil oldu".

Əbdülkərim dünyasını dəyişəndən üç-dörd ay sonra Ayətullah Sədr bu şeiri təkrar etmişdi. Mən bu alimlə görüşən zaman mənə demişdi: "Biz şeiri dedik və qəbir daşının üzərində yazdıq. Sonra zehnimizdən tamamilə çıxdı. Bir gecə bu haqda heç fikirləşmirdim və sadiq bir yuxu gördüm.

Gördüm ki, Hacı elə bir bağa daxil olmuşdur ki, onun kimisini heç kəs görməmişdir. Nə ağacları dünya ağacları kimi idi, nə gülləri, nə meyvələri. Mən bu bağda gəzməyə başladım və bir saraya gəlib çatdım.

Sarayın qapısı açıq idi. Əgər qapısı bağlı olsaydı, gərək qapını döyərdim. Salona daxil oldum və böyük bir taxt gördüm. Hacı həmin taxtda əyləşmişdi və əlində qab var idi.

Biz uzun illər dost olmuşduq və bir-birimizin evinə gedib-gəlirdik.

Mənə dedi: "Gəl yanıma və mənimlə birlikdə taxtımda əyləş".

Gəldim və əyləşdim. Sonra Hacıya dedim: "Bu qabdan mən də içə bilərəmmi?".

Buyurdu: "Xeyr, ağayi Sədr, mən bu tərəfdə olduğum üçün bu qabdan içə bilirəm. Ancaq sən o tərəfdənsən. Hələ ki, bu nemətlər sənin üçün qadağandır".

Soruşdum: "Halınız necədir?".

Mənə cavab verdi və mən yuxudan ayıldım.

Sonra düşündüm ki, mənə cavabı nə olmuşdur? Və sonra xatırladım. Mənə qəbir daşında yazılan beytin son sözlərini demişdi. Yəni: "Kərim bəndə qonaq kimi kərimə daxil oldu"".

Bəli, budur illər boyu din uğrunda çəkilən zəhmətlərin əcri, əvəzi...".

Milli.Az