Siyasət

Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir

Metbuat.az

“Azərbaycanda həyata keçirilən səmərəli və uğurlu siyasət sayəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyasına nail olunub. Bunun nəticəsidir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempini yüksək qiymətləndirirlər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova yap.org.az saytına deyib.

S.Qafarova bildirib ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan pozitiv məqamlar Azərbaycanda uğurla reallaşdırılan layihələrin, geniş islahatların, iqtisadi sahədə inkişafın və uğurlu sosial siyasətin məntiqi nəticəsidir: “Bu gün Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətdir. Respublikamız regionda qlobal əhəmiyyətli layihələrin moderatoru rolunda çıxış edir. Bütün bunlar səmərəli, uzaqgörən daxili və xarici siyasətin nəticələridir”.
Azərbaycanda uğurlu sosial-iqtisadi siyasətin həyata keçirildiyini bildirən S.Qafarova əlavə edib ki, bu siyasət ölkəmizin hərtərəfli inkişafına xidmət edir. “Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, o cümlədən “Standard & Poor’s” və “Fitch Ratings”in hesabatlarında da inkişaf göstəriciləri öz əksini tapıb. Sözügedən reytinq agentliklərinin hesabatları Azərbaycanın uğurlu sosial-iqtisadi siyasətinin nəticəsində meydana çıxmış pozitiv reallıqlara əsaslanır”, - deyə millət vəkili vurğulayıb.

Uşaqlarını dənizə aparanlar DİQQƏT! – TƏHLÜKƏ VAR / Video – TIKLAYIN!