Astroloji proqnoz - 28 avqust
Qoç - narahat, qeyri-müəyyənliklərlə dolu
gündür. Münasibətləri korlamamaq və ya hansısa istiqamətdə
problemlər yaratmamaq üçün ehtiyatlı olun.
Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz. Əsla
gözləmədiyiniz halda dəstək, xəbər, faydalı məlumat ala bilərsiniz.
Bəzi hadisələri təxminləməyə, təmayülü aşkarlamağa çalışın.
Planlarınızda müəyyən məqamlara yenidən baxılmalıdır.
Hiss və emosiyalar çox, konkret addım atmaq istəyi az olmasın.
Sizin işinizi başqası görən deyil. Yaradıcılıq impulslarınızı
yaşamınızın yaxşılaşdırılması, təminat və rifah səviyyənizin
yüksəldilməsinə yönəldin.
Buğa - istənilən yeni xəbər və ya məlumat
emosiyalar "süzgəc"indən keçir. Gözlənti və ehtimallarınızda yanıla
biləcəyiniz çətin gündür. Ambisiyalar və istəklər çoxdur, amma hər
şey istədiyiniz kimi deyil.
Danışıqlar, mühüm görüş və müzakirəni, sənədlərin imzalanmasını,
maliyyə vəsaitinin yerdəyişməsini təxirə salın. Borc almayın, borc
verməyin.
Şəxsi münasibətlər diqqət mərkəzində olacaq. Nəzarət və
təsirinizdən kənarda qalacaq məqamlar az deyil.
Sizi maraqlandıran şərtləri aydınlaşdırmağa çalışsanız, alacağınız
informasiya və ya əldə edəcəyiniz xəbər sizi sevindirməyəcək. Bir
qədər gözləyin, tələsməyin. Problemlərin həlli üçün addımlarınızı
etibar etdiyiniz insanla razılaşdıra bilərsiniz.
Yeni tanışlıq və sövdələşmə perspektivli deyil. Malik olduğunuz
əlaqələrə diqqət yetirin.
Əkizlər - münasibətlərin zahiri yönü xoşagəlməz
hisslərə səbəb ola bilər. Yanlış hesablar, məğlubiyyətlər,
pərişanlıq yaşanmasın deyə səbrli, təmkinli və fəndgir olun.
Yaşamınızda yeni intriqa, tanışlıq və ya gərginlik yarada biləcək
informasiya peyda ola bilər. Yüngül şok istisna deyil.
Mövqelərinizi qoruyun, işlərinizə kimsənin müdaxilə etməsinə imkan
verməyin. Rəqibə və ya bədxaha zərbə endirin. İntuisiya sizə
istənilən ağır situasiyadan çıxış yolunu göstərəcək.
Ətrafınızdakılardan fərqli olaraq situasiyada dərhal hərəkətləri
müəyyənləşdirin, baş verənləri təhlil edin. İndi çoxları sizdən
yardım və dəstək istəyir. Əlaqələri möhkəmləndirin, yaşam arealını
qaydaya salın.
Xərçəng - yaxın ətrafınızdakı insanların yaşamında
mühüm hadisələr baş verir. Çalışdığınız kollektivdə sayıq olun.
Yaxın qohumlarınızdan biri sizdən dəstək istəyəcək.
İtkilər, münasibətlərin gərilməsi riski var. Problemi dərhal,
təcili həll etmək üçün düşünülməmiş, emosional qərarlar verməyin.
Dəqiq məlumat və sübut olmadan kimsəni suçlamayın. Baş verənlər
sizin niyyət və istəklərinizdən asılı deyil. Olaylar əvvəllər
yığılmış şərtlərin və hadisələrin toplusudur.
Maliyyə məsələlərindəki qeyri-müəyyənlik əhvalınıza pis təsir edir.
Nigaranlıq və təşviş güclüdürsə, tələblərdən imtina edin,
mövqeyinizi gücləndirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın, qüvvənizi bərpa
edin.
Sabah aktiv gündür, hazır olmalısınız.
Şir - ciddi işə, sifarişə, istəyə hazır olun. Vəd
etdiyiniz, amma başa vurmadığınız işləri sizə xatırladacaqlar.
Mübahisələrə qatılmayın.
Yaxın ətrafınızdakı insanlar çalışırsa, tənbəllik etməyin, yaxanızı
kənara çəkməyin. İnadkarlıq, aqressivlik, sərt təzyiq münaqişəyə
səbəb ola bilər. Planlarınızı pozmağa çalışan insan sizə təzyiq
göstərməyə çalışır.
Sevdiyiniz insandan qayğı və diqqətinizi əsirgəməyin. Yaxşı
bacardığınız, sizi maraqlandıran işlə məşğul olun. Tanışlarınız və
iş yoldaşlarınız fəaliyyətinizə mane olmamalıdır.
Axşam saatlarına yaxın gərginlik azalacaq.
İşin problemlərini evə aparmayın. Səmimi, həlim, gülərüz olun.
Qız - yaxın ətrafınızdakı insanlardan
məramlarınızı gizlətməyin. Özünüz barədə xoş sözlərlə yanaşı, sərt
tənqid də eşidəcəksiniz.
Davranışınızda tranformasiya edin, əməllərinizdə aktiv
dəyişikliklərə əl atın. İşlərdə də tənqidə sakit, normal yanaşın.
Çalışdığınız yerdə rəhbərliklə mübahisə etməyin, əks təqdirdə
nəticələr gözlənilməz ola bilər.
Yeni işə başlamayın, çünki işlər, onsuz da, çoxdur. Ziddiyyətli
maraqlar və təmayüllər toqquşacaq. Çətin günü laübəli hərəkətlərlə
tamamlamayın. Tərəfdaş və ya şəriklə münasibətlərdə nəyisə
dəyişməyə çalışmayın.
İşgüzar təmaslarda maddi maraqlarınız məhdudlaşa bilər. Şəxsi
həyatda isə əlaqələrdə qısqanclıq, tələbkarlıq və aqressiya
artır.
Səfər, təhsil, tədris, informasiya ilə iş üçün uğurlu vaxtdır.
Axşam saatlarında passiv olmayın, yarımçıq işləri mütləq şəkildə
tamamlayın.
Tərəzi - əsas diqqəti məlumat, xəbər və
informasiyanın əldə olunmasına, onların irəliləyiş və işlərin
tamamlanması üçün istifadəsinə yönəldin.
Əlaqələr, təmaslar və faydalı əməkdaşlıq da çox önəmlidir.
Yaxınlarınız və ya çalışdığınız insanlardan birinin həyatındakı
önəmli hadisə sizi həyəcanlandıra bilər. Həmin adama yardım edin,
dəstək verin.
Prinsipial mövqe nümayiş etdirmək, yaxın ətrafınızdakı insanları
narazı sala biləcək ierarxiyanın bərqərarına çalışmaq, təşəxxüs və
eqoizm üçün yaxşı vaxt deyil. Hansısa iş plana uyğun getmirsə,
münaqişəli situasiya yaratmayın. Fikrinizi işə verin. İstənilən
çağırışın qarşısını almaq üçün hələlik qapalı ehtiyatlar
arayın.
Ailədə müstəbidlik etməyin. Şəxsi münasibətlər müstəvisində də
sınaq zamanıdır.
Axşam saatlarında aktiv istirahəti seçin, xoşladığınız işlə məşğul
olun.
Əqrəb - çevik və taktiki davranın. Mübahisəli
məsələləri uzun-uzadı müzakirə etməyin, yaxın ətrafınızdakı
insanlardan mümkünsüzü tələb etməyin. Birgə işi yerinə yetirdiyiniz
insanlarla yeni sifarişin icrasına başlayaraq gəlir əldə edə
bilərsiniz.
İmkanlar, maddi resurslar və təəssüratlar artır. İşinizin
keyfiyyətini yaxşılaşdırın. Yerdə qalan hər şey özü nizama
düşəcək.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər yaşana bilər. Ailə
işləri, ailənin qayğılarının həll olunmasını hisslərinizi
səbatlaşdırmaqla yanaşı, yaxınlarınızla əlaqələri daha da
möhkəmləndirəcək.
Asudə vaxtınızdan bilik, bacarıq və təcrübənin artırılması üçün
istifadə edin.
Axşam saatlarına yaxın boş vaxtınız, ümumiyyətlə, qalmayacaq. İşin
axarını, yaşanan situasiyanı nəzərdən keçirin.
Oxatan - görüləsi işlərin sayı və intensivliyi
artır. Çoxlu xəbərlər, zənglər, istəklər, tələblər ola bilər.
Aktivlik, təşəbbüs və çeviklik tələb edilən zamandır.
Çoxdan bəri həllini tələb edən işlə bağlı yekun qərar qəbul edin.
Yeni, genişmiqyaslı işə başlamayın. Məlumat və informasiya
toplayın, sonrakı planlarınızı təhlil edin.
Hadisələrin axarını tələsdirməyin, süni təkana əl atmayın. İşinizlə
bağlı sənədlərin qaydasında olduğunu yoxlayın.
Xoşladığınız işlə məşğul olmaq üçün axşam saatlarını ayırın.
Borcu qaytarın, vədə əməl edin, sabahkı işləri tərəfdaş və ya
şəriklə müzakirə edin.
Şəxsi münasibətlərdə dəyərləndirmə zamanıdır. Yeni iş tələbatı
yaranarsa, o işi yerinə yetirmək ehtiyacından qurtulmağa
çalışın.
Oğlaq - yaxınlarınız alışdıqları diqqəti və
qayğını tələb edirlər. Bu isə planlarınızı dəyişdirə bilər. Fəqət,
nə istədiyinizi konkret bilirsinizmi? Münasibətlərin
aydınlaşdırılmasını təxirə salın, gərəkli saydığınız işlə məşğul
olun.
Mövqeyinizi aktiv nümayiş etdirməyin. Önəmli bəyanat, açıqlama,
ciddi iş və ya qonaq qəbulunu təxirə salın.
"Atalar və oğullar", köhnə və yeni arasında münaqişə ola bilər.
Hövsələsizlik, səbrsizlik, dözümsüzlük etməyin. Sinirli və qıcıqlı
davranmayın.
Mühüm sənədləri imzalamayın, çünki nə isə alınmayacaq. Situasiyanı
dəyərləndirin, hissləriniz və planlarınızın profilaktikası ilə
məşğul olun.
Qəfil ideya və istəklər istisna deyil.
Axşam saatları maraqlı ola bilər.
Dolça - bu gün planlar, fəaliyyət və emosiyalarla
zəngindir. Maraqlarınızın reallaşması üçün daha çox azadlıq,
sərbəstlik əldə etməyə çalışacaqsınız.
Fors-major son qüvvələrinizi tükədə bilər. Yalnız sizin bilavasitə
iştirakınızı tələb edən işlərlə məşğul olun. Yeni ideya və
planlarla bağlı təşəbbüslərə ehtiyac yoxdur. İrəliyə sıçrayış üçün
qüvvə və məlumat toplayın.
Yeniliklərə tələbatı bir qədər səngidin, səhhətinizin qeydinə
qalın.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda səmimi və həssas
olun.
Alış-verişdə bədxərclik etməyin. Aldığınız əşya sizi sonradan
təəssüfləndirə bilər.
Axşam saatlarında sakit istirahəti seçin.
Balıqlar - ciddi planlar qurmayın, çünki onlar
pozula bilər. Genişmiqyaslı işə və ya layihəyə başlamaq əvəzinə
cari işləri tamamlayın.
Dərhal nə isə etmək, harasa yollanmaq, nəyisə dəyişmək tələbatı
hiss edirsiniz. Amma hisslərə qapılaraq düşünülməmiş addım atsanız,
problemlə qarşılaşa bilərsiniz.
Yaşamın özü sizin qarşınızda məqsədlər qoyur.
Situasiyaya uyğunlaşın, səhvləri aradan qaldırın, yaxın
ətrafınızdakı insanlara yardım edin.
Günün ikinci yarısında işlər çox olacaq. Şəxsi işlərə vaxt və qüvvə
qalmaya bilər.
Gördüyünüz işlərin müqabilində tərif və ya mükafata ümid
etməyin.
Axşam saatlarında aktiv istirahəti seçin. Dostlara yardım edin
(Milli.Az).