Astroloji proqnoz - 24 avqust
Qoç - imkan və potensialınızı olduğundan artıq
dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa,
dayanın, irəli getməyin.
Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt
ayırmayın. Enerjinizi işə ayırın.
Fiziki işdə fayda var.
Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks
təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın.
Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.
Buğa - emosional fonu ağır gündür. İndiyədək
təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala
cavab vermək, seçim etmək zamanıdır.
Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq
vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi
yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun.
Səhhətinizin qayğısına qalın. Travma riski var.
Yolda diqqətli olun.
Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran
formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə
inkişafının qarşısını alın.
Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında
olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.
Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz
davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam
aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr
çıxararaq qərar qəbul etmək olar.
Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni
məqsədin seçimi üçün əlverişli gündür.
Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı
alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya
məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə
bilər.
Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz
istisna deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın.
Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun.
Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün
sizi razı salacaq.
Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət
situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni
aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə
əl atmaq olar.
Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların
dediklərinə qulaq asın.
Mövqeləriniz həmişəki kimi güclü deyil.
Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək
hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni
orientirlər seçin.
Qız - qorxu, qeyri-müəyyənlik, addım və
qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən
kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin
mənzərəsini dəyişir. Stress istisna deyil.
Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz
situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.
Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi,
atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın,
önəm verdiyiniz münasibətləri kəsməyin.
Tərəzi - emosiyalar və hisslər enerjinizin
konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər
dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan
münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik
məsləhətinə qulaq asın.
Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin.
Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun.
Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz.
Evdən çox uzaqlaşmayın.
Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa
çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar
etmədiyiniz insanla səmimi olmayın.
Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin.
Prioritet və planlara yenidən baxın.
Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq.
Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq.
Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - başladığınız işi və ya reallaşdırmağa
çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi
olduğu insanlarla vaxt keçirmək faydalıdır.
Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız,
fəaliyyət prinsipləriniz olmalıdır.
Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya
tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin.
Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna
deyil. Səhhətinizə fikir verin.
Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət
baş tuta bilər.
Oğlaq - çətin gündür. Planlar dəyişəcək, planlar
və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə
mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı
astagəllik etməyin, çevik tərpənin.
Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının
işində fasilələr və ya problemlər yarana bilər.
Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi
aparmayın.
Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş
insanla əlaqələrdən qurtulun.
Gərginlikdən qurtulmağın yollarını tapın.
Axşam saatlarında istirahət edin.
Dolça - yaşamın öz qaydalarını diqtə etdiyi sahədə
və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək,
ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar.
Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra
bilər.
Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun.
Proses əsnasında planların dəyişməsi istisna deyil.
Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb
olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə
çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb.
Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan
qaldırılması üçün əlverişli vaxtdır.
Balıqlar - yaşamınızda taleyüklü dəyişikliklər
başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini
artırır.
Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu
saxlamayın.
Hiss və emosiyalarınıza hakim olun.
Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları
nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün
bunlar karınıza gələ bilər.
Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın
ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail
olmağı arzulamayın.
Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər
(Milli.az).