Ölkə

6 otaqlı ev yanıb

Metbuat.az

Qusarda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qusar rayonunun Suvacal kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az