Ölkə
4 otaqlı ev yanıb
Gəncədə evdə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Nizami rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 92 m² sahədə yanıb.
Yüksək temperaturdan evə bitişik ümumi sahəsi 48 m² olan talvar və yaxınlıqdakı ümumi sahəsi 135 m² olan talvar 10 m² sahədə qarsalanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az