Ölkə
Mənbə
ANS PRESS
Ziya Məmmədovdan yeni təyinatlar
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.
ANS PRESS-in ASC-nin mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin "Avtomobil yollarının istismarı və reklam" MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi vəzifəsinə təyin olunub.
1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı isə "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
ANS PRESS