İqtisadiyyat
Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 20 aprel,
AZƏRTACBakı 2015 birinci Avropa Oyunları ilə əlaqədar yollarda aparılan təmir işləri davam etdirilir.
Aprelin 20-də saat 22:00-dən etibarən Ziya Bünyadov prospektinin Böyükşor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC- a bildirilib ki, məqsəd yol göstərici xətlərinin və üfüqi nişanların rənglənməsidir.