İqtisadiyyat

"Ziraat Bank Azərbaycan" ASC-nin səhmləri dövlət qeydiyyatına alınıb

Metbuat.az


Bakı, 6 aprel,

AZƏRTAC

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Ziraat Bank Azərbaycan" ASC-nin səhmlərini dövlət qeydiyyatına alıb.


Komitədən

AZƏRTAC

-a bildiriblər ki, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 50 min ədəd adi, sənədsiz, adlı səhmlərin hər birinin nominal dəyəri min manatdır.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyətinin 2014-cü il 30 dekabr tarixli qərarı ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.