Maraqlı

Zarafat BMW-yə baha başa gəldi

Metbuat.az

Qəzetdə nəşr etdirdiyi 1 aprel zarafaı Yeni Zelandiyada fəaliyyət göstərən “Team McMillan” adlı “BMW” dilerinə baha başa gəlib.



Anspress

-in məlumatına görə, hər il qəzetdə 1 aprel zarafatı eləməyi ənənə halına gətirən diler firma səhər tezdən köhnə maşınını gətirən ilk şəxsə BMW-nin axırıncı modelini hədiyyə edəcəklərini elan edib.



Elanı görən bir çox qəzet oxucusu bunun şit bir zarafat olduğunu başa düşsə də

Tianna Marş

oxuduqlarını ciddi qəbul edərək səhər saat 05.30-da 15 illik köhnə “NİSSAN” avtomobili ilə firmaya gedib. Şirkətin sahibi elandan xəbəri olmadığını desə də Marşın təkidi ilə qarşılaşıb.



Nəhayət, Tianna Marşa son model “BMW” avtomobili verilib. Şirkət rəhbəri: “Heç kim xanım Marş qədər bu avtomobilə layiq olmamışdı”, – deyib.



Yeni avtomobilin buferinə isə “Zarafat deyil” yazılıb.



Milli.Az