Ölkə
Yol qəzasında daha 1 nəfər də öldü - BAKIDA
Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxs xəstəxanada ölüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakinləri Mais Abbasovun idarə etdiyi “MAN” və Əlihüseyn Rəşidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Xəstəxanaya yerləşdirilmiş Ə. Rəşidov aprelin 17-də orada ölüb.
Araşdırmalar aparılır.