Texnologiya

Yerli elektron ödəniş xidmətinə yeni bank qoşulub

Metbuat.az

“E-pul” elektron ödəniş sistemində xidmət olunan bankların siyahısına daha bir bank əlavə edilib.


 


 


“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq istifadəçilər “

www.e-pul.az

  ” saytında “AccessBank”-a aid olan hesablara da ödəniş edə bilərlər.


 


 


Qeyd edək ki, “E-pul” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.


 


 


CAHANGİR