Dünya

​Yerevan sakinləri "Qazprom Armeniya"ya qarşı etiraz aksiyası keçiriblər

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanın Tsarav Axipor küçəsinin sakinləri yaşadıqları binanın yanında "Qazprom Armeniya" şirkətinə aid idman-təhsil kompleksinin tikməsinə etiraz olaraq akiya keçiriblər.


"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.


Ərazi hərrac keçirilmədən şirkətə verilib.


Sakinlər bildirib ki, Yervanın icra başçısı Taron Marqaryan onlara həmin ərazidə uşaq bağçası və oyun meydançası tikəcəyini boyun olubmuş. O, uşaqlar üçün nəzərdə tutulan həmin obyektlərin 2015-ci ilin əvvəlində istismara veriləcəyinə söz veribmiş.


Sakinlər bildirir ki, "Qazprom Armeniya" həmin kompleksi tikəcəyi halda ərazidə sıxlıq yaranacaq.


Məlumatda bildirilib ki, ötən gün Ermənistan prezidenti Serj Sarqsyan və Rusiyanın "Qazprom" Açıq tipli Səhmdar Cəmiyyətinin sədri Aleksey Miller isə kompleksin təməlqoyma mərasimində iştirak edib.


Xatırladaq ki, "Qazprom Armeniya" Rusiyanın "Qazprom" şirkətinə məxsusdur.