Maraqlı

Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var

Metbuat.az

Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var.



Milli.Az

AZƏRTAC

-a istinadən xəbər verir ki, bu fikir Avropa Kosmos Agentliyinin (ESA) İtaliyanın Fraskati şəhərində keçirilən elmi yığıncağında söylənilib.



Agentliyin direktoru

Detlef Koçni

Yer kürəsini təhdid edən 500-ə yaxın asteroidin yaxın vaxtlarda planetimizlə toqquşması mümkünlüyünün 100-də bir nisbətində olduğunu deyib.



Asteroidlərin Yer kürəsinə nə kimi təhlükə yaradacağını əvvəldən öyrənməyi agentliyin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran direktor real təhlükə yaranacağı təqdirdə vəziyyətdən iki çıxış yolu olduğunu bildirib: birincisi, Yerə istiqamətlənən asteroidlərin sürətini azaltmaqla onları planetimizdən yan keçməsinə nail olmaq, ikincisi, onları nüvə bombalarının köməyi ilə dağıtmaq.



Direktor Yer kürəsində böyük dağıntılara və canlıların kütləvi məhvinə səbəb ola biləcək asteroidlərin qarşısını almaq istiqamətində elmi tədqiqatların davam etdirildiyini bildirib.



Milli.Az