Ölkə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində “Təcrübi iqtisadiyyat” layihəsinin açılışı olub

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində “Təcrübi iqtisadiyyat” layihəsinin açılışı olub.


YAP GB-dən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə Vaşinqton Universitetinin məzunu, iqtisad elmləri doktoru, ekspert Vüqar Bayramov iqtisadiyyat elmi haqqında ətraflı məlumat verib. O, layihə iştirakçılarına bu elmin tarixi, inkişafı və dəyişən mərhələlərindən bəhs edib. V.Bayramov tərəqqisinin sürətinə görə Avropanın bir sıra ölkəsini üstələyən Azərbaycanın uğurlu inkişaf strategiyasından danışıb.


Sonra marketoloq Rəvan Əyyubov marketinq sahəsində əldə olunan uğurlar və onun sirləri haqqında fikirlərini bölüşüb.


Sonda hər iki qonaq layihə iştirakçılarının suallarını cavablayıb, onlara uğurlar arzulayıblar.