Dünya

Yaponiyada maqnit yastıqlar üzərində hərəkət edən qatar yeni dünya rekordu müəyyən edib

Metbuat.az

Tokio, 21 aprel,

AZƏRTAC

Yaponiyada maqnit yastıqlar üzərində hərəkət edən qatar saatda 602 kilometr sürət göstəricisi ilə yeni dünya rekordu müəyyən edib.


“JR Tokai” dəmir yolu şirkətinin aprelin 21-də 42 kilometrlik xətdə apardığı sınaqdan sonra şirkətin nümayəndəsi bildirib ki, hazırda əsas məqsəd qatarın hərəkəti zamanı təhlükəsizliyin təmin olunmasıdır.


Şirkətin nümayəndəsi deyib: “Biz maqnit yastıqlar üzərində hərəkət edən qatarın sürətindən razıyıq. Bundan əvvəl saatda 590 kilometr sürətə aprelin 16-da nail olmuşduq. Qatar bugünkü sürəti də heç bir problem olmadan göstərə bildi. Bundan sonra biz sınaqları dayandırmağı və əsas diqqəti sabit və təhlükəsiz hərəkət üzərində cəmləşdirməyi planlaşdırırıq.”



Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio