İqtisadiyyat

Yanvar-fevral aylarında SOCAR 1 milyard kubmetrdən çox təbii qaz hasil edib

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 1 milyard 89,3 milyon kubmetr təbii qaz hasil edib.


SOCAR-dan

AZƏRTAC

-a bildirilib ki, ümumilikdə bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyard 826 milyon kubmetr qaz hasil olunub.


Fevralda SOCAR 519,1 milyon kubmetr təbii qaz hasil edib. Həmin ay ölkə üzrə isə bu rəqəm 2 milyard 330 milyon kubmetr olub.