İqtisadiyyat
Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakının bəzi yollarında sürət həddi aşağı salınıb
Bakı, 2 aprel,
AZƏRTACYağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakının bəzi yollarında sürət həddi aşağı salınıb. Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Hava şəraiti nəzərə alınaraq Böyükşor-Hava limanı -Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 kilmetr/saat aşağı salınıb. Belə ki, 120 kilometr/saatdan 100-ə, 100 kilometr/saatdan 80-ə, 80 kilometr/saatdan 60-a endirilib. Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.